https://philologist.livejournal.com/8119076.html
*
Ədəbiyyat sənətbazı, ömrünün
sonuna qədər yararsız mətnlərlə məşğul olmaq istəyən adam qoy bu məqaləni
oxumasın, o, boşuna vaxtını itirəcək və əhvalını pozacaqdır. Məqalədə əlyazmanı
necə soxuşdurmaq, materialı necə işləmək haqqında məsləhətlər, redaktor qələminin ərköyünlüyünün təhlilinə
və nitq hissələrinin əbədi məkrinə dair qeydlər də yoxdur. İslahedilməz qrafomanlar, məqalə sizlik deyil! Bu məqalə
hələ də orta məhsul yaradan, lakin idealları olan yazara ünvanlanmışdır, elə
bir yazara ki, əsil sənətə can atır və gələcəkdə kənd təsərrüfatı qəzettlərinin
və ya “ailəvi” jurnalların kəndarına bir daha ayaq basmayacağı zamanları xəyal edir.
