alma versəm yeyərsənmi🍎
adını mənə deyərsənmi 😉
dostluq etmək istəsəm🌹
qəlbində yer edərsənmi☺️
Darıxanda, internetdə gəzişməyi sevirəm, bir də görürəm, nə vaxtsa qeydiyyat olunduğum kiflənmiş bir sosial şəbəkədəyəm, mesaj sandığı da dolub daşır. Maraqlı, məzəli, səviyyəli, ədəbi, bədii mesajları bir ara elə o sandıqda saxlayırdım, ara-bir oxuyub gülürdüm, kefim açılırdı. Kaş naməlum insanların içdən gələn yaradıcılığını dəftərçəmə köçürəydim... Sosial şəbəkə yenilənəndə, köhnə smslər yox olur, təəssüf.
Amma bəziləri qalır)).
Hiç yorum yok:
Yorum Gönder